...

Novak Cokoviç "ATP" yekun turnirinin ilk finalçısı oldu

İdman Materials 20 Noyabr 2022 00:52 (UTC +04:00)
Novak Cokoviç "ATP" yekun turnirinin ilk finalçısı oldu

Bakı. Trend:

İtaliyanın Turin şəhərində keçirilən Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) yekun turnirinin 1/2 final matçında serbiyalı Novak Cokoviç amerikalı Teylor Fritsi məğlub edib.

Trend-in məlumatına görə, görüşün nəticəsi - 7:6 (7:5), 7:6 (8:6) N.Cokoviçin xeyrinə başa çatıb.

N.Cokoviç yarımfinalda Kasper Ruud (Norveç, dünya reytinqində 3-cü yer) - Andrey Rublev (Rusiya, 6-cı yer) cütünün qalibi ilə oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti