...

Azərbaycan gimnastları öz proqramlarını çox gözəl icra edirlər - Avstraliyalı məşqçi

İdman Materials 24 Noyabr 2022 16:31 (UTC +04:00)
Azərbaycan gimnastları öz proqramlarını çox gözəl icra edirlər - Avstraliyalı məşqçi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan gimnastları öz proqramlarını çox gözəl icra edir, onların çıxışını izləmək maraqlı idi.

Bunu bu gün Trend-ə Avstraliya komandasının qrup hərəkətləri üzrə məqşçisi Kayli Anderson deyib.

"Bu, mənim Azərbaycana ilk səfərimdir. Təlim-məşq toplanışları bir neçə gün əvvəl başlayıb və məhsuldar davam edir. Sabah biz Gürcüstana, sonra isə Sinqapura təlim-məşqə yollanacağıq. Bakıda gimnastika arenasında toplanış idmançılarımızı hazırlamaq üçün gözəl imkandır. Burada məhsuldar məşqlər üçün bütün şərait yaradılıb", - deyə o bildirib.

Qeyd edək ki, Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avstraliya milli komandasının təlim-məşq toplanışı keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti