...

Lionel Messi Dieqo Maradonanın rekordunu yenilədi

İdman Materials 1 Dekabr 2022 07:06 (UTC +04:00)
Lionel Messi Dieqo Maradonanın rekordunu yenilədi

Bakı. Trend:

Argentina millisinin kapitanı Lionel Messi həmyerlisi Dieqo Maradonanın rekordunu yeniləyib.

Trend xəbər verir ki, Lionel Messi, DÇ-2022-nin 3-cü turunda Polşa ilə keçirilən oyunda meydana çıxmaqla bu rekordu yeniləyib.

Qarşılaşma Messinin dünya çempionatlarında 22-ci matçı olub.

Maradonada isə bu göstərici 21 idi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti