Bakı. Trend:
Bu gün İngiltərə Liqa Kubokunun 1/4 final mərhələsi çərçivəsində "Mançester Yunayted" öz meydanında "Çarlton" klubunu qəbul edib.
Trend xəbər verir ki, oyun meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda qolları Markus Reşford (dubl) və Antoni vurublar.
Beləliklə, "Mançester Yunayted" İngiltərə Liqa Kubokunun yarımfinalına yüksəlib.