...

UEFA Çempionlar Liqası: 1/8 finalın ilk oyununda "Mançester Siti" və "Leyptsiq" heç-heçə edib

İdman Materials 23 Fevral 2023 02:05 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda İngiltərənin “Mançester Siti” klubu səfərdə Almaniyanın “Leyptsiq” komandası ilə 1:1 hesablı heç-heçə edib.

Trend-in məlumatına görə, “Mançester Siti”nin heyətində Riyad Mahrez (27-ci dəqiqə) fərqlənib. "Leypsiq"in heyətində Yoşko Qvardiol qol vurdu (70). İngiltərə klubunun baş məşqçisi Xosep Qvardiola oyunda heç bir oyunçu dəyişikliyi etməyib.

Digər görüşdə İtaliya "İnter" komandası doğma meydanda Portuqaliyanın "Portu" klubuna 1:0 hesabı ilə qalib gəlib. Topu 86-cı dəqiqədə meydana daxil olan belçikalı hücumçu Romelu Lukaku vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti