...

Bakıda bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının final gününə start verilib (FOTO)

İdman Materials 25 Mart 2023 12:53 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının final gününə start verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Martın 25-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatının final gününə start verilib.

Trend-in məlumatına görə, bu gün fərdi alətlər üzrə (halqa, top, gürzlər, lent) yarışın qaliblərini müəyyən edəcək finallar keçirilir.

Çempionatda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” İdman Klubu, “Zirə”, Sumqayıtı təmsil edən gimnastlar iştirak edir. Onlar iki yaş kateqoriyasında - “gənclər” (2008-2010-cu il təvəllüdlü) və “böyüklər” (2007-ci il təvəllüdlü və daha yuxarı) yarışırlar.

Dünən fərdi çoxnövçülük üzrə çempionatın qalibləri müəyyənləşib.

Qeyd edək ki, bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı martın 24-25-də keçirilir.

(Foto: Zaur Mustafayev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti