...

Zöhrə Ağamirova Beynəlxalq Qran-pri yarışında qızıl medala layiq görülüb (FOTO)

İdman Materials 9 Aprel 2023 23:06 (UTC +04:00)
Zöhrə Ağamirova Beynəlxalq Qran-pri yarışında qızıl medala layiq görülüb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə Azərbaycanın yığma komandasının üzvü Zöhrə Ağamirova Fransanın Tiye şəhərində keçirilən 34-cü Beynəlxalq Qran-pri yarışında gürzlərlə qızıl, halqa və topla hərəkətlərin icrasında isə gümüş medala layiq görülüb.

Trend xəbər verir ki, dünən gimnastımız çoxnövçülük proqramında da gümüş medal qazanmışdı.

Böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığma komandamızın üzvləri - Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan, Darya Sorokina isə 3 lent və 2 topla gümüş, 5 halqa ilə hərəkətlərin icrasında bürünc medala sahib çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti