...

Gənc gimnastlarımız AGF Trophy turnirində gümüş medal qazanıb

İdman Materials 16 Aprel 2023 12:06 (UTC +04:00)
Gənc gimnastlarımız AGF Trophy turnirində gümüş medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Qrup hərəkətlərində 29.050 xal toplayan gənclər yaş qrupu üzrə Azərbaycan komandası Bakıda keçirilən bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirinin 5 iplə proqramda gümüş medal qazanıb.

Trend-in məlumatına görə, komandanın Gövhər İbrahimova, İlahə Bahadırova, Zəhra Cəfərova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, Ayan Sadıqova çıxış edib.

Bu proqramda qızıl medalı İsrail komandası (30.000 xal), bürünc medalı isə Polşa komandası (27.950 xal) qazanıb.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti