Bakı. Trend:
Misli Premyer Liqasında 34-cü turunda bu gün "Qarabağ" "Səbail"in qonağı olacaq.
Trend xəbər verir ki, görüş saat 20:30-da başlayacaq. Lider "Qarabağ" bu oyunda qalib gəlsə, yarışın bitməsinə 2 tur qalmış çempionluğu rəsmiləşdirəcək.
Qeyd edək ki, turun digər oyunları 14 və 17 may tarixlərində keçiriləcək.
13 may (şənbə)
20:30. "Səbail" - "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov
"ASCO Arena".
18:00. "Qəbələ" - "Turan Tovuz"
Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə
Qəbələ şəhər stadionu.
14 may (bazar)
20:30 "Neftçi" - "Şamaxı"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Cabarov
"Bakcell Arena".
17 may (çərşənbə)
19:30. "Sumqayıt" - "Sabah"
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Kamran Bayramov, Rauf Allahverdiyev
"Kapital Bank Arena".