...

Bakıda AÇ: İtaliya idmançısı gürzlərlə hərəkətlərdə qızıl medal qazanıb

İdman Materials 21 May 2023 14:38 (UTC +04:00)
Bakıda AÇ: İtaliya idmançısı gürzlərlə hərəkətlərdə qızıl medal qazanıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında italiyalı idmançı Sofiya Raffaeli gürzlərlə hərəkətlərdə 33,000 xal toplayaraq qızıl medal qazanıb.

Trend xəbər verir ki, gümüş medalı 32,650 xalla Bolqarıstanı təmsil edən Boryana Kaleyn, bürünc medalı isə 31,700 xalla sloveniyalı Yekaterina Vedeneyeva qazanıb.

Bu proqramda Azərbaycan gimnastı Zöhrə Ağamirova 29,750 xalla yeddinci yeri tutub.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti