Bakı. Trend:
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda işgüzar səfərdədir.
Trend-in məlumatına görə, BOK rəhbərliyi Bakıda keçirilən taekvonda üzrə dünya çempionatını izləyəcək.
Tomas Baxın səfər çərçivəsində Milli Olimpiya Komitəsi və Azərbaycan Teekvondo Federasiyasının rəhbərliyi ilə görüşləri nəzərdə tutulub.
Qeyd edək ki, mundial mayın 29-dan iyunun 4-dək Bakı Kristal Zalında keçirilir. Sayca 26-cı dəfə təşkil olunan yarış Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edir.