...

Taekvondoçumuz III Avropa Oyunlarının bürünc medalına sahib olub

İdman Materials 23 İyun 2023 22:39 (UTC +04:00)
Taekvondoçumuz III Avropa Oyunlarının bürünc medalına sahib olub

Bakı. Trend:

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Polşada təşkil olunan III Avropa Oyunlarında üçüncü olub.

Trend-in məlumatına görə, mübarizəyə səkkizdəbir finaldan qoşulan Q.Maqomedov ilk görüşündə Aymen Açninenini (Niderland) məğlub edib - 17:4, 13:0. Təmsilçimiz dörddəbir finalda ispaniyalı Adrian Visenteyə 11:14, 6:10 hesabı ilə uduzub. Rəqib finala vəsiqə qazandığından Q.Maqomedov təsəlliverici görüşə qatılıb və israilli Dmirti Naqayevdən üstün olub - 12:5, 19:6.

Qaşım Maqomedov bürünc medal uğrunda qarşılaşmada italiyalı Matias Lombartire ilə qarşılaşıb. Görüşü öz xeyrinə başa vuran taekvondoçumuz (13:5, 22:4) III Avropa Oyunlarının bürünc medalına sahib olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti