Bakı.Trend:
Kosta-Rikanın həvəskarlardan ibarət “Deportivo Rio Canas” klubunun futbolçusu Xesus Alberto Lopes Ortis faciəli şəkildə ölüb.
Trend-in məlumatına görə, “Çuço” ləqəbi ilə tanınan 30 yaşlı hücumçu sərinləmək üçün çayda çimərkən timsahın hücumuna məruz qalıb.
Futbolçunun cəsədini yırtıcının ağzından çıxarmaq üçün polis timsahı güllələyərək öldürüb.