...

Nicat Abasov Dünya Kubokunda yarımfinala yüksəldi

İdman Materials 16 Avqust 2023 18:35 (UTC +04:00)
Nicat Abasov Dünya Kubokunda yarımfinala yüksəldi

Bakı. Trend:

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

Trend xəbər verir ki, 28 yaşlı qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib - 1:0.

İlk qarşılaşma heç-heçə başa çatmışdı.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti