...

Bakıda şahmat üzrə Dünya Kuboku: yarımfinal və finalın birinci partiyasının nəticələri (FOTO)

İdman Materials 19 Avqust 2023 20:12 (UTC +04:00)
Bakıda şahmat üzrə Dünya Kuboku: yarımfinal və finalın birinci partiyasının nəticələri (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 19-da Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda kişilər bölməsində yarımfinalın birinci partiyaları, qadınlarda final və üçüncü yer uğrunda görüş başa çatıb.

Trend xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov yarımfinaldakı rəqibi Maqnus Karlsendir (Norveç). N.Abasov ilk partiyanı rəqibinə uduzdu. Şahmatçımız qara fiqurlarla oyanyıb. İkinci partiya avqustun 20-də baş tutacaq.

Kişilər arasında dünya çempionatının yarımfinal mərhələsinin ilk partiyasının nəticələri:

Maqnus Karlsen (Norveç) - Nicat Abasov (Azərbaycan) - 1-0;

Fabiano Karuana (ABŞ) - Rameşbabu Praqnanandha (Hindistan) - 0,5-0,5.

Qadınlar arasında dünya çempionatının final mərhələsinin ilk patiyasının nəticələri:

Aleksandra Qoryaçkina (FİDE) - Nurgül Səlimova (Bolqarıstan) - 0,5-0,5.

Qadınlar arasında üçüncü yer uğrunda matçın ilk partiyasının nəticələri:

Anna Muzıçuk (Ukrayna) - Tan Çjunyi (Çin) -1-0.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən Şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və ingilis dillərində yayımlanır. Müsabiqə avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti