...

Azərbaycan boksçusu Nicat Hüseynov yarımfinala yüksəlib (FOTO)

İdman Materials 20 Avqust 2023 12:35 (UTC +04:00)
Azərbaycan boksçusu Nicat Hüseynov yarımfinala yüksəlib (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Yekaterinburq. Trend:

Azərbaycan boksçusu Nicat Hüseynov yarımfinala yüksəlib.

Trend xəbər verir ki, Rusiyanın Yekaterinburq şəhərində keçirilən Beynəlxalq Universitet İdman Festivalında 54 kq çəkidə çıxış edən Nicat Hüseynov Belaruslu boksçu İvan Zaxarenkonu məğlub edib və yarımfinala yüksəlib. Bununla da həmyerlimiz bürünc medalı təmin edib.

Qeyd edək ki, avqustun 19-dan 31-dək keçiriləcək Beynəlxalq Universitet İdman Festivalı Yekaterinburq şəhərinin 300 illik yubileyinə həsr edilib. 36 ölkədən müxtəlif universitetlərin tələbələri 14 idman növündə qüvvələrini sınayacaqlar.
Festivalda Azərbaycanı 10 təhsil ocağından 54-ü kişi 15-i qadın olmaqla 69 idmançı təmsil edir. Təmsilçilərimiz 8 idman növündə - badminton, stolüstü tennis, boks, güləş, taekvondo, futzal, üzgüçülük, sambo üzrə yarışacaqlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti