Bakı. Trend:
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda keçirilən Dünya Kubokunda üçüncü yer uğrunda ilk oyununda qələbə qazanıb.
Trend-in məlumatına görə, 28 yaşlı qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya qalib gəlib.
Ağ fiqurlarla mübarizə aparan Abasov 26-cı gedişdə rəqibini təslim olmağa məcbur edib.
Qeyd edək ki, şahmatçılar avqustun 23-də ikinci dəfə üz-üzə gələcəklər. Dünya Kubokunda bürünc medal qazanmaq üçün Nicat Abasova heç-heçə də kifayət edəcək.