...

Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun ikinci partiyası heç-heç ilə başa çatıb

İdman Materials 23 Avqust 2023 17:09 (UTC +04:00)
Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun ikinci partiyası heç-heç ilə başa çatıb
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 23-də Bakıda keçirilən kişilər arasında şahmat üzrə Dünya Kubokunda final oyununun ikinci partiyası sona çatıb.

Trend çərşənbə günü xəbər verir ki, finalda şahmat taxtası arxasında Maqnus Karlsen (Norveç) və Rameşbabu Praqnanandha (Hindistan) qarşılaşıblar. Şahmatçılar finalın birinci partiyası kimi ikinci partiyanı da heç-heç ilə başa vurublar.

Bakıda şahmat üzrə Dünya Kubokunun qalibi avqustun 24-də tay-breykdə müəyyən olunacaq.

Xatırladaq ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və İngilis dillərində yayımlanır. Yarışlar avqustun 25-dək davam edəcək. Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Bakıda keçirilən qadınlar arasında şahmat üzrə Dünya Kuboku avqustun 21-də başa çatıb. Kubokun qalibi Aleksandra Qoryaçkina (FİDE) olub. İkinci yeri Nurgül Səlimova (Bolqarıstan), üçüncü yeri isə Anna Muzıçuk (Ukrayna) tutub.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti