...

Dünya Kuboku: Üçüncü yer uğrunda matçın qalibi Fabiano Karuana olub

İdman Materials 24 Avqust 2023 17:26 (UTC +04:00)
Dünya Kuboku: Üçüncü yer uğrunda matçın qalibi Fabiano Karuana olub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Avqustun 24-də Bakıda keçirilən kişilər arasında şahmat üzrə Dünya Kubokunda üçüncü yer uğrunda tay-breyk sona çatıb.

Trend cümə axşamı xəbər verir ki, üçüncü yer uğrunda matçda şahmat taxtası arxasında Nicat Abasov (Azərbaycan) və Fabiano Karuana (ABŞ) qarşılaşıblar. Tay-breykdə Fabiano Karuana qalib gəlib. Üçüncü yer uğrunda matçın ümumi hesabı (iki klassi partiya və tay-breyk) Fabiano Karuananın xeyrinə 3-1 olub.

Azərbaycanlı şahmatçı Nicat Abasov Bakıda keçirilən kişilər arasında şahmat üzrə Dünya Kubokunda dördüncü yer tutub.

Xatırladaq ki, matçın birinci klassik partiyasında azərbaycanlı şahmatçı qalib gəlib, ikinci partiya Karuananın qələbəsi ilə sona çatıb. İki klassik partiyanın yekunlarına görə matçın qalibi qalibi müəyyən edilmədiyindən, şahmatçılar bu gün tay-breyk oynayıblar.

Bakıda keçirilən kişilər arasında şahmat üzrə Dünya Kubokunun qalibi norveçli qrossmeyster, şahmat üzrə 16-cı dünya çempionu Maqnus Karlsen olub, ikinci yeri isə 18 yaşlı qossmeyster Rameşbabu Praqnanandha (Hindistan) tutub.

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun start siyahısında açıq bölmədə 206, qadınlar bölməsində isə 103 şahmatçı yer alıb. Şahmat üzrə Dünya Kuboku Azərbaycanda ikinci dəfədir keçirilir. İlk dəfə olaraq, 2024-ci il kişi namizədlər turniri və qadın namizədlər turnirində həm açıq, həm də qadın bölmələrindən ən yaxşı üç oyunçu iştirak edəcək.

FİDE Dünya Kuboku 2023 oyunları yarışın rəsmi saytında Azərbaycan və İngilis dillərində yayımlanır.

Kubokun mükafat fondu 2,5 milyon dollar müəyyən edilib.

Bakıda keçirilən qadınlar arasında şahmat üzrə Dünya Kuboku avqustun 21-də başa çatıb. Kubokun qalibi Aleksandra Qoryaçkina (FİDE) olub. İkinci yeri Nurgül Səlimova (Bolqarıstan), üçüncü yeri isə Anna Muzıçuk (Ukrayna) tutub.

FİDE Dünya Kuboku Bakı şəhərində yerləşən "Marriott Boulevard" otelində keçirilir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti