...

Güləşçimiz erməni rəqibinə qalib gələrək, yarımfinala yüksəldi

İdman Materials 23 Sentyabr 2023 17:23 (UTC +04:00)
Güləşçimiz erməni rəqibinə qalib gələrək, yarımfinala yüksəldi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında ermənistanlı rəqibinə qalib gəlib.

Trend xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/4 finalda Qraçya Poqosyanı məğlub edib.

Rəqibini 3:1 hesabı ilə üstələyən 28 yaşlı pəhləvanımız yarımfinala adlayıb.

Xəbər lenti

Xəbər lenti