...

Azərbaycanda yeni multimedia portalı - "İdman və biz" (FOTO/VİDEO)

İdman Materials 27 Sentyabr 2023 11:53 (UTC +04:00)
Azərbaycanda yeni multimedia portalı - "İdman və biz" (FOTO/VİDEO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Gənclər və İdman Nazirliyi Trend Beynəlxalq İnformasiya Agentliyinin (BİA) layihəsi olan "İdman və biz" (idman.biz) idman portal haqqında reportaj yayımlayıb.

Trend-in məlumatına görə, reportajda yeni idman portalının əhəmiyyəti qeyd olunub.

Xatırladaq ki, sentyabrın 26-da "İdman və biz" (idman.biz) idman portalının təqdimat mərasimi baş tutub.

Təqdimat mərasimində Gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Trend BİA-nın direktoru İlqar Hüseynov və digər rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

idman.biz saytında bütün idman növləri haqqında məlumat veriləcək.

Sayt Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərəcək. Portal idman dünyasına dair ən son xəbərləri, idmana aid nəticələri və analitik məlumatları təqdim edir. Oxucuları bütün dünyadan futbol, basketbol, tennis, Formula 1 və və.s idman xəbərlərini operativ və dolğun oxuya biləcəklər. “İdman və biz” saytında çıxan xəbərləri paralel olaraq feysbuk, instaqram, teleqram və digər sosial şəbəkə hesablarından da izləmə imkanı olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti