...

“Qarabağ” azarkeşlərə müraciət edib

İdman Materials 30 Sentyabr 2023 18:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

UEFA Avropa Liqasının qrup mərhələsinin II turunda İsveçdə “Hakken”lə üz-üzə gələcək “Qarabağ” azarkeşlərə müraciət edib.

Klubdan Trend-ə verilən məlumata görə, komandanı tribunadan dəstəkləmək istəyən fanatlar biletləri oyun günü yerli vaxtla saat 19:00-dan etibarən qarşılaşmanın keçiriləcəyi “Ullevi” stadionunda 8-ci qapının qarşısından ala bilərlər.

Tərəfdarlardan şəxsiyyəti təsdiq edən sənədi özləri ilə götürmələri tələb olunub. Biletlərin qiyməti 22 avrodur.

Qeyd edək ki, oktyabrın 5-də oynanılacaq “Hakken” - “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti