...

"Qarabağ" "Hakken"ə qarşı - UEFA Avropa Liqası

İdman Materials 5 Oktyabr 2023 09:33 (UTC +04:00)
"Qarabağ" "Hakken"ə qarşı - UEFA Avropa Liqası
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

"Qarabağ" bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

Trend xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu komanda İsveçdə "Hakken"in qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü avstriyalı FIFA referisi Sebastian Qishamer idarə edəcək.

H qrupunun digər matçında Almaniyanın "Bayer 04" kollektivi Norveçdə "Molde"nin qonağı olacaq. İlk turda Bundesliqa təmsilçisi "Hakken"i 4 cavabsız qolla üstələyib. Azərbaycan çempionu isə evdə norveçlilərə qalib gəlib - 1:0.

UEFA Avropa Liqası, qrup mərhələsi

II tur

H qrupu

23:00. "Hakken" (İsveç) - "Qarabağ" (Azərbaycan)

Baş hakim: Sebastian Qishamer (Avstriya).

Höteborq. “Ullevi” stadionu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti