...

Azərbaycan millisinə 26 futbolçu çağırıldı

İdman Materials 9 Oktyabr 2023 14:43 (UTC +04:00)
Azərbaycan millisinə 26 futbolçu çağırıldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Avro-2024-ün seçmə mərhələsində oktyabrın 13-də səfərdə Estoniya, 16-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Avstriya yığması ilə qarşılaşacaq Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Trend xəbər verir ki, baş məşqçi Canni De Byazi qarşıdakı oyunlar üçün yığmaya 26 futbolçu dəvət edib.

Qapıçılar: Şahrudin Məhəmmədəliyev ("Adana Demirspor" Türkiyə), Səlahət Ağayev ("Səbail"), Rəşad Əzizli ("Qəbələ")

Müdafiəçilər:Cəlal Hüseynov ("Arda" Bolqarıstan), Anton Krivotsyuk – ("Daejon Hana" Cənubi Koreya), Rahil Məmmədov, Elvin Cəfərquliyev, Toral Bayramov (hamısı "Qarabağ"), Bəxtiyar Həsənalızadə ("Tuzlaspor" Türkiyə), Höccət Haqqverdi ("Neftçi"), Qismət Alıyev ("Zirə"), Yusif Nəbiyev ("Səbail")

Yarımmüdafiəçilər: Aleksey İsayev ("Sabah"), Rüstəm Əhmədzadə ("Zirə"), Nəriman Axundzadə ("Qarabağ"), Coşqun Diniyev ("Ümraniyespor" Türkiyə), Eddi İsrafilov ("Neftçi"), Elvin Camalov ("Sabah"), Emil Səfərov ("Qəbələ"), Emin Mahmudov, Filip Ozobiç (hər ikisi "Neftçi"), Ozan Can Kökçü ("Eyndhoven" Niderland),

Hücumçular: Mahir Emreli ("Dinamo" Zaqreb, Xorvatiya), Musa Qurbanlı ("Yurqorden" İsveç), Ramil Şeydayev ("Buriram Yunayted" Tailand), Renat Dadaşov ("Hatayspor"(Türkiyə)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti