...

Bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunun yarışları başlayıb (FOTO)

İdman Materials 10 Noyabr 2023 13:13 (UTC +04:00)
Bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunun yarışları başlayıb (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kubokunun yarışları başlayıb.

Trend bu barədə cümə günü xəbər verir.

Qeyd edək ki, bədii gimnastika üzrə 2-ci "Ocaq" Beynəlxalq Kuboku 10-12 noyabr tarixlərində keçirilir. Yarışlarda fərdi proqramda çıxış edən 325 gimnast və qrup hərəkətlərində 21 komanda iştirak edir. Bütünlükdə 2-ci "Ocaq" Beynəlxalq Kubokunda dünyanın 14 ölkəsindən idmançılar iştirak edir.

Yarışların birinci günü 2015-ci il təvəllüdlü idmançıların çıxışları ilə başlayıb. Daha sonra 2017 və 2014-cü il təvəllüdlü, eləcə də "gənclər" kateqoriyasındakı gimnastlar çıxış edəcəklər. Yarışların birinci günü 2008-2020 və 2011-2012-ci il təvəllüdlü idmançılardan ibarət qrup komandalarının çıxışı ilə başa çatacaq.

(Tərcümə: Rəna Əbdürəhmanova. Foto: Zaur Mustafayev)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti