...

Azərbaycan güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıblar - Dünya çempionatı (FOTO)

İdman Materials 30 Noyabr 2023 19:17 (UTC +04:00)
Azərbaycan güləşçiləri 2 qızıl, 1 gümüş medal qazanıblar - Dünya çempionatı (FOTO)
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın sərbəst güləşçisi Orxan Abbasov Bakıda keçirilən hərbçilər arasında 36-cı dünya çempionatının ikinci günündə qızıl medal qazanıb.

Trend xəbər verir ki, 79 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz final görüşündə qazaxıstanlı rəqibini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Azərbaycanın digər təmsilçisi - 61 kiloqram çəki dərəcəsində mübarizə aparan Ceyhun Allahverdiyev türkiyəli Ahmet Dumana məğlub olaraq gümüş medalın qazanlb

Turnirin ilk günü Əli Rəhimzadə (65 kiloqram), Hacı Əliyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram) və İbrahim Yusubov (92 kiloqram) qızıl medal qazanıblar. Elnurə Məmmədova (52 kiloqram) ikinci, Nərgiz Səmədova (50 kiloqram) isə üçüncü yerləri tutublar.

Bununla da Azərbaycan güləşçiləri komanda hesabı ilə birinci pillədə qərarlaşıblar.

Xəbər lenti

Xəbər lenti