...

"Qarabağ" – "Braqa" oyununun hakimləri açıqlandı

İdman Materials 20 Fevral 2024 10:08 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək "Qarabağ" – “Braqa” (Portuqaliya) qarşılaşmasının hakimləri açıqlanıb.

Trend AFFA-nın saytına istinadən xəbər verir ki, matçı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Georgi Kabakov olacaq. Ona Martin Marqaritov, Diyan Valkov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Nikola Popov yerinə yetirəcək. VAR hakimləri İvaylo Stoyanov və Draqomir Draqanovdur.

Qeyd edək ki, görüş fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq. Bu komandalar arasında ilk matç Ağdam təmsilçisinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti