...

Fərid Qayıbov 12 il sonra Azərbaycana qızıl medal gətirən idmançıdan danışdı

İdman Materials 21 Fevral 2024 13:54 (UTC +04:00)

Bakı. Trend:

Dadaş Dadaşbəylinin uğuruna çox sevinirəm.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov deyib.

Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı elmi-praktik konfransın açılış mərasimində iştirak edən nazir tədbirdən sonra Avropa çempionu olan Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəylinin uğurunu yüksək qiymətləndirib:

“Son medaldan sonra neçə il idi gözləyirdik. Nəhayət ki, bu idman növündə də Avropa çempionumuz var. İndi Olimpiya Oyunlarına düşməyə, lisenziya qazanmağa şansı var. Hamımız ona inanırıq. Növbəti yarışlardan çox şey asılıdır”.

Qeyd edək ki, 109 kq çəkidə Avropa çempionu olan Dadaşbəyli Azərbaycana bu idman növündə 12 ildən sonra qızıl medal gətirib.

Xəbər lenti

Xəbər lenti