...

“Qarabağ”ın rəqibi hansı komanda olsun? - SORĞU (VİDEO)

İdman Materials 23 Fevral 2024 14:32 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ"ın rəqibləri bəlli olacaq.

Trend xəbər verir ki, İdman.biz TV Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində başlayacaq püşkatma ilə bağlı Bakı sakinləri arasında sorğu keçirib.

Paytaxt sakinləri "Qarabağ”ın pley-offda “Braqa” üzərində möhtəşəm qələbəsinə münasibət bildirib və Azərbaycan çempionuna rəqib görmək istədikləri klubların adlarını açıqlayıblar.

Qeyd edək ki, komandamızın potensial rəqibləri sırasında “Reyncers” və “Slaviya” ilə yanaşı, “Vest Hem”, “Brayton”, “Atalanta”, “Liverpul”, “Vilyarreal” və “Bayer” yer alıb.

Sorğunun videovariantını təqdim edirik:

Xəbər lenti

Xəbər lenti