Bakı. Trend:
Bakıda keçirilən Dünya Kubokunda Çin təmsilçiləri Veydzyan Fu və Tze Çjou batut üzərində sinxron tullanma proqramında birinci yeri tutublar.
Trend xəbər verir ki, idmançılar 51,090 xal toplayıblar.
İkinci yerdə Qazaxıstandan olan gimnastlar Pirməmməd Əliyev və Danil Musabayev qərarlaşıb, hakimlər onların çıxışını 50,520 xalla qiymətləndiriblər.
50,470 xalla üçüncü yeri ABŞ-dan Rayan Makkaqnan və İsaak Rouli tutub.
Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçiriləcək. Yarışda 32 ölkədən gimnastlar iştirak edir.