...

Pol Poqba dörd illik futboldan uzaqlaşdırıldı

İdman Materials 29 Fevral 2024 20:55 (UTC +04:00)
Pol Poqba dörd illik futboldan uzaqlaşdırıldı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Milli Antidopinq Tribunalı (NADO Italia) Fransa millisinin və "Yuventus"un yarımmüdafiəçisi Pol Poqbanı cəzalandırıb.

Trend xarici mətbuata istinadən xəbər verir ki, 31 yaşlı oyunçu 4 il müddətinə futboldan diskvalifikasiya edilib.Buna futbolçunun antidopinq qaydalarını pozmağı səbəb olub. Belə ki, Poqba A Seriyasının birinci turunda “Udineze” ilə matçdan sonra dopinq testi verib və orqanizmindəki testosteronun həddən artıq yüksək olduğu üzə çıxıb.

Digər bir iddiaya görə, “Yuventus” rəhbərliyi fransalı futbolçu ilə müqaviləni pozmağı düşünür. Onun Turin təmsilçisi ilə sözləşməsi 2026-cı ildə başa çatır.

Qeyd edək ki, Pol Poqba Fransa yığmasının heyətində 2018-ci ildə Rusiyada təşkil olunan dünya çempionatının qalibi olub.

Xəbər lenti

Xəbər lenti