...

“Neftçi” - “Qarabağ” oyununun vaxtı AÇIQLANDI

İdman Materials 12 Mart 2024 11:20 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan kubokunda 1/2 final mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb.

İlk oyunlar iki günü əhatə edəcək. Mərhələnin görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:

Azərbaycan kuboku
Yarımfinal, ilk oyunlar

2 aprel (çərşənbə axşamı)

“Neftçi” – “Qarabağ”
“Neftçi Arena”, 20:00

3 aprel (çərşənbə)
“Zirə” – “Qəbələ”

Zirə İdman Kompleksinin stadionu, 19:00

Xəbər lenti

Xəbər lenti