...

AVRO-2024: Pley-off yarımfinalla başlayır

İdman Materials 21 Mart 2024 09:09 (UTC +04:00)

Bakı. Trend:

Bu gün AVRO-2024-ün pley-off mərhələsinə start veriləcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Millətlər Liqasından pley-offa vəsiqə qazanan 12 komanda yarımfinal matçlarına çıxacaq.

A, B və C yolu üzrə keçiriləcək bu görüşlərin qalibləri martın 26-da həlledici duelə çıxacaqlar. Həmin qarşılaşmalarda final mərhələsinə yüksələcək 3 komanda bəlli olacaq.

AVRO-2024-ün pley-offu
Yarımfinal
21 mart

A yolu
23:45. Polşa - Estoniya
23:45. Uels – Finlandiya

B yolu
23:45. İsrail – İslandiya
23:45. Bosniya və Herseqovina – Ukrayna

C yolu
21:00. Gürcüstan – Lüksemburq
23:45. Yunanıstan – Qazaxıstan

Qeyd edək ki, AVRO-2024 iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

Xəbər lenti

Xəbər lenti