...

AVRO-2024: Pley-off mərhələsinin finalına vəsiqə qazanan yığmalar bəlli olub

İdman Materials 22 Mart 2024 02:08 (UTC +04:00)

Bakı. Trend:

AVRO-2024-ün pley-off mərhələsində növbəti oyunlar keçirilib.

Trend-in məlumatına görə, A Liqasında Polşa Estoniyanı 5:1, Uels Finlandiyanı 4:1 hesabı ilə məğlub edib.

B Liqasında Ukrayna Bosniya və Herseqovinanı 2:1, İslandiya İsraili 4:1 hesabı ilə üstələyib.

C Liqasında Yunanıstan Qazaxıstanı 5:0 hesabı ilə məğlub edərək finala yüksəlib. Daha əvvəl isə Gürcüstan seçməsi Lüksemburqa 2:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, pley-offun finalında Polşa - Uels, Ukrayna - İslandiya və Gürcüstan - Yunanıstan komandaları üz-üzə gələcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti