...

Andrey Lunyov çempionun adını açıqlayıb

İdman Materials 22 Mart 2024 11:55 (UTC +04:00)

Bakı. Trend:

Hələlik hazırkı mərhələyə fokuslanmışam. Yəni indi yığmadayam, sonra kluba qayıdacam.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu "Qarabağ"ın qapıçısı Andrey Lunyov deyib.

Hazırda Rusiya millisinin düşərgəsində olan 32 yaşlı qolkiper öz ölkəsinin klublarından birinə keçməklə bağlı sualı cavablandırıb: "Klubuma qayıtdıqdan sonra orada qarşımıza qoyulan vəzifələri həll etməliyik. Sonra necə olacağına baxarıq".

Lunyov Rusiya Premyer Liqasını izləmədiyini bildirib: "Rusiya futboluna xüsusi olaraq izləmirəm. Konkret nə isə deyə bilmərəm. Amma "Zenit" çempiondur. Bu, dəqiqdir".

Qeyd edək ki, Lunyov 2023-cü ilin yayında "Qarabağ"a keçib.

Xəbər lenti

Xəbər lenti