...

Araz Abdullayev “Zirə”də

İdman Materials 24 Mart 2024 22:49 (UTC +04:00)
Araz Abdullayev “Zirə”də

Bakı. Trend:

“Zirə” yeni futbolçu ilə anlaşıb.

Trend xəbər verir ki, bu barədə klubdan İdman.biz-ə məlumat verilib.

Məlumata əsaəsn, Bakı təmsilçisi Araz Abdullayevi heyətinə qatıb.

31 yaşlı futbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb. Yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmaq hüququ “Zirə”yə məxsusdur.

Qeyd edək ki, futbolçu karyerası ərzində “Neftçi”, “Qəbələ”, “Qarabağ”, “Sumqayıt”, İngiltərənin “Everton”, Yunanıstanın “Panionis”, Kiprin “Anortosis”, “Etnikos”, Türkiyənin “Boluspor”, Kosovonun “Lapi” klublarının şərəfini qoruyub. Abdullayev Azərbaycan millisində meydana çıxdığı 40 oyunda 3 dəfə fərqlənməyi bacarıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti