...

Rafinya “Barselona”ya 3 xal qazandırıb

İdman Materials 31 Mart 2024 06:43 (UTC +04:00)
Rafinya “Barselona”ya 3 xal qazandırıb

Bakı. Trend:

“Barselona” İspaniya La Liqası 30-cu turunu qələbə ilə başa vurub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, Kataloniya klubu “Las Palmas”ı məğlub edib.

Oyunda qapılara 1 qol vurulub. Braziliyalı Rafinya yeganə topun müəllifi olub. Bu qələbədən sonra xalını 67-yə yüksəldən “Barselona” liderdən 5 xal geri qalır. “Real” sabah Bilbao “Atletiko” ilə qarşılaşacaq.

“Sevilya” səfərdə “Xetafe”yə tək qolla qalib gəlib. Bu qələbədən sonra Əndəlus təmsilçisi düşmə zonasından bir az uzaqlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti