...

Bakıda ondan qisas almaq istəyirəm - Əliabbas Rzazadə

İdman Materials 1 Aprel 2024 17:04 (UTC +04:00)

Bakı. Trend:

Avropa Olimpiya Təsnifat Turnirinə çox ciddi hazırlaşmışıq. Komandada əhval-ruhiyyə yüksək səviyəddədir.

Trend xəbər verir ki, bunu İdman.biz-ə Azərbaycan millisinin sərbəst güləşçisi Əliabbas Rzazadə (57 kq) deyib.

O, aprelin 5-də Bakıda start götürəcək Avropa Olimpiya Təsnifat Turnirində hədəfini açıqlayıb. 25 yaşlı güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanacağına əminlik ifadə edib:

“Özümə inamım yüksəkdir. Bu işi bacaracağımı düşünürəm. Səbirsizliklə yarışın başlamasını gözləyirik. Əlimizdən gələni edəcəyik ki, doğma azarkeşlərimizin önündə uğurlu olaq, xalqımızı sevindirək”.

Rzazadə əsas rəqiblərinin adını açıqlayıb:

“Güclü rəqiblərim var. Onlardan ən əsası makedoniyalı Vladimir Yeqorovdur. Ondan qisas almaq istəyirəm. Avropa çempionatının finalında hakimlərin haqsızlığından sonra məni məğlub etdi. Bundan başqa, Türkiyə güləşçisi Süleyman Atlı da ciddi rəqibdir. Əslində, Bakıya gələcək idmançıların heç birinə zəif demək olmaz”.

Qeyd edək ki, sərbəst güləşçilər aprelin 7-də mübarizə aparacaqlar.

Xəbər lenti

Xəbər lenti