...

350 min avroluq yeni layihə: Azərbaycan millisi də çıxış edə bilər

İdman Materials 3 Aprel 2024 13:20 (UTC +04:00)

Bakı. Trend:

FIDE yeni layihəyə - rapid və blits üzrə komandalararası dünya çempionatına start verir.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, avqustun 1-6-da keçirilməsi nəzərdə tutulan turnirdə Azərbaycan milli komandası da iştirak edə bilər.

FİDE-nin rəhbəri Arkadi Dvorkoviç sürətli şahmat üzrə fərdi dünya çempionatına son illərdə böyük marağın olduğunu və buna görə də ilk belə komanda turnirinin keçirilməsinin qərara alındığını bildirib. Onun sözlərinə görə, Almaniyanın Düsseldorf şəhərində rapid, Qazaxıstanın paytaxtı Astanada isə blits yarışları təşkil olunacaq.

Reqlamentə əsasən, komandada reytinq xalı ən azı 2000-ə malik bir şahmatçı olmalıdır.

Rapid üzrə çempionat 12 turdan, blits isə iki mərhələdən (qrup və pley-off) ibarət olacaq.

Çempionatın mükafat fondu 350 min avrodur. Bunun 100 mini rapiddə, 40 mini isə blitsdə qalib komandaya veriləcək.

Qeyd edək ki, iştirakçı komandaların qeydiyyatı iyulun 1-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti