...

Amerikalı basketbolçu Kobi Brayantın forması 1,75 milyona satılıb

İdman Materials 12 Aprel 2024 04:27 (UTC +04:00)
Amerikalı basketbolçu Kobi Brayantın forması 1,75 milyona satılıb

Bakı. Trend:

NBA-nın 5 qat qalibi Kobi Brayantın 2009-cu ilin final seriyasında geyindiyi forma hərraca çıxarılıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, “Los-Anceles Leykers”in ulduzunun forması 1,75 milyona satılıb.

Seriyanın ilk oyununda Brayant NBA finallarının rekord nəticəsinə imza atıb. Kobi “Orlando Mecik”lə 40 xal topladığı matçda geyindiyi forma rekord qiymətə satılıb. “Los-Anceles Leykers” seriyanı 4:1 hesabı ilə üstün bitirib.

Qeyd edək ki, Brayant 2020-ci ilin yanvarında vertolyot qəzasında dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti