...

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar

İdman Materials 14 Aprel 2024 22:55 (UTC +04:00)
Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçuları Almaniyanın paytaxtı Berlində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ikinci günündə 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edib.

Trend-in məlumatına görə, idmançılar turnirdə 4 qızıl, 3 gümüş və 3 bürünc medal qazanaraq medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri tutublar.

Yarışın ikinci günündə oğlanlar arasında 73 kiloqram, 81 kiloqram və +90 kiloqram çəki dərəcələrində 4 cüdoçumuz tatamiyə çıxıb. Cəsur İbadlı (73 kiloqram) gümüş medal əldə edib. Əli Qazıməmmədov qızıl, Mehdi Abbasov (hər ikisi 81 kiloqram) isə bürünc medal qazanıb. Sübhan Axundov (+90 kiloqram) 5-ci yerdə qərarlaşıb.

Azərbaycan cüdoçuları Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kubokunda da 1 qızıl və 1 gümüş medal əldə ediblər. Yığma medal əyarına görə ümumi hesabda 7-ci yeri, qızlar arasında isə 3-cü yeri tutub. Fəridə Mirzəyeva qızıl, Könül Əliyeva isə (hər ikisi 48 kiloqram) gümüş mükafatın sahibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti