...

Oyun zamanı infarkt keçirən italiyalı futbolçu öldü

İdman Materials 17 Aprel 2024 14:20 (UTC +04:00)
Oyun zamanı infarkt keçirən italiyalı futbolçu öldü

Bakı. Trend:

İtaliyanın beşinci divizion komandası “Kastelfiorentino”nun yarımmüdafiəçisi Mattia Giani ölüb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu matç zamanı baş verən infarkt nəticəsində dünyasını dəyişib.

O, “Lançiotto Kampi”yə qarşı oyunun 15-ci dəqiqəsində meydanda yıxılıb. Ürəyi dayanan futbolçuya həkimlər ilkin yardım göstərdikdən sonra o, Florensiyada xəstəxanaya aparılıb. Amma Gianinin həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Mattia Giani “Empoli”nin yetirməsi olub.

Xəbər lenti

Xəbər lenti