...

DÇ-2024: Skandiviya derbisində İsveç yarımfinala yüksəlib

İdman Materials 24 May 2024 03:31 (UTC +04:00)

Bakı. Trend:

Çexiyada keçirilən hokkey üzrə dünya çempionatının yarımfinalçıları bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, favoritlər 1/4 finalda qələbə qazanıblar.

Kanada yığması Slovakiyanın qapısından 6 şayba keçirib. Skandinaviya derbisində İsveç overtaymda Finlandiyanı məğlub edib. Meydan sahibləri isə yeganə qolla ABŞ-ı mübarizədən kənarlaşdırıblar.

Dünya çempionatı-2024
1/4 final
23 may

Kanada – Slovakiya – 6:3
İsveçrə - Almaniya – 3:1
İsveç – Finlandiya – 2:1 (OT)
ABŞ – Çexiya – 0:1

Yarımfinal
25 may

İsveç – Çexiya
Kanada – İsveçrə

Məqalədə:
Xəbər lenti

Xəbər lenti