...

“Qarabağ”ın prezidenti mükafatlandırmada iştirak etməyəcək

İdman Materials 25 May 2024 13:22 (UTC +04:00)

Bakı. Trend:

Sabah Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vurulacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, XXXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” oyunundan sonra Ağdam klubuna qızıl medallar və çempionluq kuboku təqdim ediləcək.

Çempionun prezidenti Tahir Gözəl “Azersun Arena”da keçiriləcək tədbirdə iştirak etməyəcək. İş adamı ölkə xaricində təşkil olunan vacib tədbirə qatıldığı üçün çempionatın son matçında komandasının yanında olmayacaq.

Qeyd edək ki, “Qarabağ” tarixində 11-ci çempionluğu XXX turda təmin edib.

Xəbər lenti

Xəbər lenti