Bakı. Trend:
Türkiyənin "Qalatasaray" futbol klubu milli çempionluq titullarının sayına görə UEFA reytinqində 10-cu yeri tutub.
Trend-in məlumatına görə, siyahıya 38 titulla Portuqaliyanın "Benfika"sı başçılıq edir.
“Real Madrid”, “Yuventus” və “Ayaks” hərəyə 36 trofeylə ikinci yerdədir.
Qeyd edək ki, "Qalatasaray" 24-cü dəfə Türkiyə çempionu olub.