Bakı. Trend:
Azərbaycanın kişilərdən ibarət 3x3 basketbol millisi Avropa Kubokunun təsnifat mərhələsində yarımfinal oyununa çıxıb.
Trend-in məlumatına görə, kişi yığmamız İrlandiya seçməsi ilə üz-üzə gəlib.
Rəqibini 21:12 hesabı ilə üstələyən milli komanda finala vəsiqə qazanıb.
Azərbaycan kollektivinin həlledici mərhələdəki rəqibi Kipr yığması olacaq. Final qarşılaşması Bakı vaxtı ilə saat 22:15-də start götürəcək.