...

AVRO-2024-ün ilk matçının hakimləri bəlli olub

İdman Materials 12 İyun 2024 17:29 (UTC +04:00)

Bakı. Trend:

AVRO-2024-ün açılış matçını idarə edəcək hakimlər bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, ev sahibi Almaniyanın Şotlandiya ilə qarşılaşması fransalı baş hakim Kleman Tyurpenə həvalə edilib.

Ona Nikolya Dano və Benjamin Paje köməklik edəcəklər. VAR-a rəhbərlik isə Jerom Brisara tapşırılıb.

Qeyd edək ki, Almaniya – Şotlandiya matçı iyunun 14-də saat 23:00-da start götürəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti