...

“Qarabağ”ın iki futbolçusu “Zirə”də

İdman Materials 13 İyun 2024 14:58 (UTC +04:00)

Bakı. Trend:

“Qarabağ”ın futbolçuları İsmayıl İbrahimli və Rüstəm Əhmədzadə “Zirə”yə icarəyə verilib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

Ötən mövsümdə icarə əsasında “Zirə”də çıxış etmiş daha bir il qəsəbə klubunun formasını geyinəcək. Onlar 2024/25 mövsümünün sonuna qədər paytaxt təmsilçisinin uğurları üçün çalışacaq.

Qeyd edək ki, İsmayıl ötən mövsüm 30, Rüstəm 24 (2 qol) çempionat matçına çıxıb.

Xəbər lenti

Xəbər lenti