...

“Real”ın kapitanı karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək

İdman Materials 14 İyun 2024 07:33 (UTC +04:00)

Bakı. Trend:

“Real”ın kapitanı Naço Fernandes karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, o, “Əl-İttihad”la 2 illik müqavilə imzalayacaq.

34 yaşlı mütəxəssis yeni klubunda ilə 20 milyon avro qazanacaq. Onun vaxtilə Madrid klubunda bir yerdə oynadığı Kərim Benzema ilə yenidən yolları kəsişəcək.

Qeyd edək ki, “Real”ın yetirməsi olan Naço 2012-ci ildən komandada çıxış edir. O, bu müddət ərzində 364 oyun keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti