...

Makqreqorun döyüşü ləğv olunub

İdman Materials 14 İyun 2024 11:39 (UTC +04:00)

Bakı. Trend:

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqorun Maykl Çendlerlə döyüşü ləğv olunub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, buna irlandiyalının zədələnməsi səbəb olub.

UFC-nin prezidenti Dana Uaytin sözlərinə görə, döyüşün iyunun 29-da “UFC 303” turniri çərçivəsində keçirilməsi nəzərdə tutulsa da, Makqreqor oktaqona çıxa bilməyəcəyini deyib.

Qeyd edək ki, Konor son görüşünü 2021-ci ildə ABŞ-dan olan Dastin Poryeyə qarşı keçirib.

Xəbər lenti

Xəbər lenti